Çağdaş dünyada eşitmə qüsurları çox aktual bir məsələyə çevrilmişdir. Bunu nəzərə alaraq, “Medeks” şirkəti bu sahədə bir sıra işlər görməkdədir. Belə ki, Heydər Əliyev Fondunun dəstəyi ilə 01.08.2015-ci il tarixdən bu günədək LOR Hospitalda eşitmə qüsuru olan yüzlərcə pasiyent müvafiq müayinələrdən keçirilmiş və 98 uşaq üzərində Koxlear İmplant cərrahiyyə əməliyyatı aparılmışdır. Sonrakı bir il ərzində müvafiq reabilitasiya işləri tətbiq olunmaqla eşitmə və nitqin bərpasına nail olunmuşdur. Bu proqramın həyata keçməsi üçün şirkət tərəfindən dünyanın müxtəlif ölkələrindən məşhur mütəxəsislər cəlb olunmuşdur (Milan Profant, Bratislava Tibb Universitetinin professoru, Ümumdünya LOR Cəmiyyətləri Assosiasiyasının sədri, Tomas Klenzner, tibb elmləri doktoru, professor, Düseldorf Lor Klinikasının direktor müavini, Maykl Sandler, professor, Advanced Bionics Koxlyar İmplant Şirkətinin direktor müavini, Yevgenius Lesinskas, Vilnus Tibb Universitetinin professoru, Otorinolorinqologiya kafedrasının rəhbəri, Coanna Braxmayer, Magistr, Reabilitasiya layihəsinin rəhbəri. Med El şirkətinin Ingiltərə nümayəndəliyi, İnna Korolyova, Gertsen adına Rusiya Dövlət Pedaqoji Universitetinin Surdologiya kafedrasının professoru, Rusiya Audioloqlar Cəmiyyətinin idarə heyətinin üzvü, Vladislav Kuzovkov, Tibb Elmləri Doktoru, Otocərrah, Beynəlxalq Eşitmə Mərkəzləri birliyinin eksperti, Rusiya, Sankt Peterburq, Culi Kosaner, Magistr, Audioloq, Aparıcı reabilitoloq, Med-El şirkətinin Türkiyə nümayəndəliyi, Hasan Diab, Tibb Elmləri doktoru, cərrah Otolorinqoloq, Əli Özdək, professor cərrah, Qulaq Burun Boğaz xəstəlikləri və Baş Boyun cərrahiyyəsi Uzmanı, Beynəlxalq Endoskopik Qulaq Cərrahiyyəsi İşçi Qrupunun üzvü (IWGEES).
Bununla yanaşı, yerli mütəxəsislərin də hazırlanmasına şərait yaradılmış, onların şirkətin hesabına xarici ölkələrdə (Almaniya, Avstriya, Fransa, İsveçrə, Türkiyə, Rusiya) tədrisi və təlimi təşkil olunmuşdur. Bütün bunların nəticəsində LOR Hospital klinikasının həkimləri, əvvəllər Azərbaycanda edilməsi mümkün olmayan Koxlear İmplant cərrahiyyə əməliyyatlarını hal-hazırda yüksək səviyyədə həyata keçirə bilirlər. Eyni zamanda skrininqin aparılması, koxlear implantasiyası əməliyyatının proqram təminatının yüklənməsi, cihazların tənzimlənməsi və xəstələrin bərpası da, yerli mütəxəsislər tərəfindən həyata keçirilir.
Əməliyyatsonrası nitq reabilitasiyası çox önəmli olduğu üçün müasir avadanlıqlarla təchiz olunmuş “Eşitmə və Nitq Reabilitasiya Mərkəzi” yaradılmışdir. Mərkəzdə şirkət tərəfindən xarici ölkələrə göndərilib tədris və təlim keçmiş, otolorinqoloq, surdopedaqoq, psixoloq və eşitmə cihazları mühəndisindən ibarət komanda fəaliyyət göstərir.