Medeks MMC müxtəlif növ tibb müəssisələrinin, laboratoriyaların, sanator-kurort müəssisələrinin, eləcə də SPA və kosmetoloji mərkəzlərin layihələndirilməsi sahəsində böyük təcrübəyə malikdi. Şirkət aşağıdakı işləri həyata keçirir:
- Tibb müəssisəsinin (laboratoriyanın, sanator-kurort müəssisəsinin, SPA və kosmetoloji mərkəzin) yerləşəcəyi ərazinin, binanın qiymətləndirilməsi.
- Ölçmə işlərinin aparılması
- Tibb müəssisələrinin (laboratoriyaların) lisenziya alması üçün zəruri otaqların siyahısının tərtib olunması
- Tibb müəssisəsinin (laboratoriyanın, sanator-kurort müəssisəsinin, SPA və kosmetoloji mərkəzin) yerləşməsi üçün tələb olunan ərazinin hesablanması
- Tibb müəssisəsinin (laboratoriyanın, sanator-kurort müəssisəsinin, SPA və kosmetoloji mərkəzin) ümumi sahəsinin azaldılması və ya mövcud sahəyə əlavə edilməsi məqsədilə ərazi və funksional sxemlərin optimallaşdırılması
- “Təmiz ərazilərin”: əməliyyatxanaların, reanimasiya otaqlarının layihələndirilməsi
- Tibb müəssisələrinin (laboratoriyanın, sanator-kurort müəssisəsinin, SPA və kosmetoloji mərkəzin) layihələndirmə işinin kompleks şəkildə həyata keçirilməsi
- Layihəyə aid texniki məsələlərdə sifarişçiyə məsləhətlərin verilməsi: avadanlıq və materialların seçilməsi, yerləşdirilməsi, otaqların dizaynı, arakəsmələrin seçilməsi
- Sifarişçiyə tibbi avadanlıq ların və tibb mebelin seçilməsi üzrə məsləhətlərin verilməsi. Avadanlıqların təchizatı və quraşdırılması
- Layihənin müşayiəti: müəllif nəzarəti