Biz sadəcə avadanlıqların satışı ilə kifayətlənmirik! Medeks texniki servis departamenti, dünyanın bir çox ölkələrində təlim keçmiş yüksək ixtisaslı texnik, elektron və kompüter mühəndislərinin köməyi ilə istifadədə olan tibbi, kosmetoloji və SPA avadanlıqlarının texniki baxışını həyata keçirir. Departament texniki cəhətdən tam təchiz olunmuş ofis, çağırışlara operativ reaksiya vermək üçün nəqliyyat vasitələri ilə təmin olunub. Bu cəhətdən təmirə ehtiyacı olan cihazlar operativ olaraq həm yerində, həm də ofisə gətirilərək təmir edilir və təcili olaraq sahibinə təhvil verilir. Digər tərəfdən cihazlarda yaranmış nasazlıqların xarakterindən asılı olaraq Medeks şirkəti müştəriləri lazımi ehtiyat hissələri, həmçinin yeni, daha müasir cihazlarla təmin etmək iqtidarındadır.
Medeks texniki servis departamenti aşağıdakı xidmətləri təklif edir:
- Tibbi və kosmetoloji avadanlıqların texniki baxışı
- Laborator avadanlıqların texniki baxışı
- Birdəfəlik təmir xidməti
- Uzunmüddətli servis müqavilələri
- Tibbi avadanlıqların kompleks texniki xidmətinin təşkili
- Tibbi avadanlıqlar üçün ehtiyat hissələrinin, sərf məlzəmələrinin təchiz edilməsi
- Tibbi avadanlıqların proqram təminatının yenilənməsi və təkmilləşdirilməsi