Şirkət haqqında

Ana səhifə Şirkət haqqında

Əsas fəaliyyət istiqaməti tibbi, kosmetoloji, laborator, spa və sanator-kurort avadanlıqlarının satışı və texniki servisi, eləcə də tibbi sərf məlzəmələrinin satişindan ibarət olan Medeks MMC 2006-cı ildə təsis edilib. Fəaliyyət göstərdiyi bu illər ərzində şirkət geniş distributorluq şəbəkəsi yaratmağa nail olub. Dünyanın inkişaf etmiş ölkələrinin 80-dən çox nüfuzlu şirkəti ilə əməkdaşlıq edən Medeks MMC ən yeni texnologiyaları və ən keyfiyyətli avadanlıqları müştərilərinə təqdim edir. Böyük layihələrin kompleks şəkildə avadanlıqlarla təchiz olunması ilə yanaşı, geniş spektrli tibbi, laborator və kosmetoloji avadanlıqlar, sərfiyyat malları pərakəndə satış mərkəzində müştərilərə təklif olunur.

Lakin, şirkət sadəcə avadanlıqların satışı ilə kifayətlənmir. Medeks texniki servis departamenti, dünyanın bir çox ölkələrində təlim keçmiş yüksək ixtisaslı texnik, elektronçu və kompyüter mühəndislərinin köməyi ilə istifadədə olan tibbi, kosmetoloji və laborator avadanlıqların texnik servisini də həyata keçirməkdədir.


Vizyonumuz müştərilərimiz tərəfindən bazar lideri kimi tanınmaqdır.

Müştəri xidməti və məmnuniyyəti - müştəri xidməti və məmnuniyyəti lider olmaq üçün açardır. Xidmətimizlə müştərilərimizi razı salmağa çalışırıq.

Keyfiyyət- Keyfiyyət şirkətin üzüdür. Keyfiyyətli mallarımızla fərqlənmək istəyirik.

Özünə güvən - Bazar lideri olmaq baxımından özümüzə çox inanırıq.

Yaradıcılıq - bazarı hər zaman yeni texnologiya və mallarla təmin edirik.


Medeks MMC-nin son diaqnostik avadanlıqlarla təchiz olunmuş texniki servis mərkəzi və 8 servis mühəndisi var.


Sualınız var?

Bir kliklə whatsapp nömrəmizə yazın, dərhal yardımçı olaq.