Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rayon baytarlıq idarələrinin sahə baytarlıq məntəqələri üçün baytarlıq avadanlıqlarının və ləvazimatların satınalınması məqsədilə elan olunmuş AÇIQ TENDERİN qalibi Medeks Tibb şirkəti olmuşdur. Tender şərtləri çərçivəsində şirkət Azərbaycan Respublikasının 25 rayonunda regional baytarlıq laboratoriyasını lazımi avadanlıqlarla təchiz etmişdir.