2 fevral 2017-ci il tarixdə Estetik Bakı Klinikasında Medeks Tibb şirkəti və İtaliyanın DEKA Lazer şirkətinin birgə təşkilatçılığı ilə "Müasir lazer texnologiyalarının dermatologiya və kosmetologiyada tətbiqi" mövzusunda seminar keçirilmişdir. DEKA şirkətinin nümayəndəsi cənab Dario Di Fiore yeni üsulla işləyən lazer avadanlıqlarının müxtəlif sahələrdə tətbiqi ilə bağlı geniş məlumat vermişdir. Sonda iştirakçılar onları maraqlandıran suallarla məruzəçiyə müraciət etmiş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.