6-7 oktyabr tarixlərində Bakı şəhəri, Boulevard Hotel-də Estetik və Anti-Age təbabət üzrə III Azərbaycan Konqresi – AAAMC-2016 keçirilmişdir. Tədbirdə 12 ölkədən olan 400-dən çox həkim iştirak etmişdir: dermatokosmetoloqlar, plastik cərrahlar, estetistlər, gerontoloqlar və ginekoloqlar. Konqresin estetik və yaşlanma əleyhinə təbabətin müxtəlif sahələrinə aid elmi proqramı təqdim 40-a yaxın beynəlxalq spiker tərəfindən olunmuşdur. Konqres çərçivəsində həmçinin estetik təbabət sahəsində aparıcı şirkətlərin – yerli şirkət olan Medeks, Amerikanın Allergan və DMK (Danne), Fransanın galderma və Filorga, İsveçrənin Teoxane və Zepter, Koreyanın Coreqen, İtaliyanın Phitogen, Yaponiyanın Japan Bio Product, İspaniyanın Skintech Pharma və s. təqdim olunduğu çox maraqlı sərgi baş tutmuşdur.
Konqresin sonuncu günü Bakı Fairmont otelində dəbdəbəli qala gecəsi ilə başa çatmışdır. Bu gecədə estetik və anti-age təbabət, plastik cərrahiyyə və kosmetologiya sahəsində üçüncü milli Art of Beauty Award mükafatının təqdimetmə mərasimi də baş tutmuşdur. Konqresin təşkilatçıları Milli Onkologiya mərkəzinin və IMCAS Paris konqresinin dəstəyi ilə BeautyAesthetics tibb şirkəti və AzeriMed əczaçılıq şirkətidir. Yüksək səviyyəli tədbirin statusu ənənəvi olaraq dünya kosmetologiyasının liderlər tərəfindən dəstəklənmişdir. Bu il onlara yerli bazarda aparıcı şirkətlərdən biri – Azərbaycanda aparat kosmetologiyasının əsasını qoymuş Medeks MMC Elit sponsor qismində qoşulmuşdur. Diamond sponsor - Allergan (ABŞ) / Platinum sponsor - Galderma (İsveçrə) / Gold sponsor Filorga (Fransa) şirkətləri olmuşdur. İnformasiya dəstəyi - Trend.az, Day.az, Azernews.az