Xəbərlər

Ana səhifə Xəbərlər 19-cu Azərbaycan Beynəlxalq Səhiyyə Sərgisi



31.10-02.11.2013-cü il tarixlərində 19-cu Azərbaycan Beynəlxalq “Səhiyyə” “BIHE 2013” sərgisi növbəti dəfə baş tutub. “BIHE” sərgisinə paralel olaraq daha iki tədbir -  “Stomatology Azerbaijan 2013” 8-ci Azərbaycan Beynəlxalq “Stomatologiya” sərgisi və “Beauty  Azerbaijan 2013” 7-ci Azərbaycan Beynəlxalq “Gözəllik və Estetik tibb” sərgisi keçirilib. Sərgidə dünyanın 17 ölkəsindən 120 şirkət iştirak edib. Bu ölkələr arasında Azərbaycan, Almaniya, Rusiya, Ukrayna, Çexiya, Türkiyə, Çin və digər ölkələr olub. İlk dəfə olaraq, ziyarətçilər sərgidə Qazaxıstan, BƏƏ, İordaniya və digər ölkələri təmsil edən şirkətlərin məhsulları ilə tanış ola biliblər. Sərgini həmçinin zəngin işgüzar proqram müşayiət edib. Çexiya şirkətlərinin təqdimatı və “GE Healthcare” və “Medeks” şirkətlərinin radiologiya mövzusunda birgə simpoziumu keçirilib. Bundan başqa, iştirakçı şirkətlərin stendlərində müxtəlif seminar və təqdimatlar da təşkil olunub.

Sualınız var?

Bir kliklə whatsapp nömrəmizə yazın, dərhal yardımçı olaq.